AZ

Meksika Prezidenti: Dənizlərin necə adlandırıldığını "Google"a izah edəcəyik

Meksika hökuməti “Google” korporasiyasına Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı məktub göndərəcək və orada şirkətə belə bir qərarın əsassızlığını izah edəcək.

“Report” xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında bildirib.

“Biz “Google”a məktub göndərəcəyik, hansı təşkilatın beynəlxalq dənizlərə ad verdiyini, hansı adların kontinental şelfə uyğun olduğunu öyrənəcəklər”, - o deyib.

Şeynbaum qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı fərmanı yalnız Amerika kontinental şelfinə aiddir və bu, bütün körfəzin şelfindən fərqli bir anlayışdır.

Xatırladaq ki, Amerikanın korporasiyası Coğrafi Adlar İnformasiya Sistemində (GNIS) müvafiq dəyişikliklərin görünməsindən dərhal sonra “Google Maps” xidmətində Meksika körfəzinin adını Amerika körfəzi ilə dəyişdiriləcəyini açıqlamışdı.

Seçilən
3
2
far.az

3Mənbələr