AZ

Qurban Qurbanovun yerində Berdiyev, Qriqorçuk olsaydı...

"Qarabağ" qış yuxusundan ayıla bilmir.

Komanda arxada qoyduğu 3 görüşdə 1 qələbəyə sevinib.

O da "Şamaxı" üzərində. Həm də böyük çətinlik bahasına.

Xüsusilə komandanın müdafiə xətti fiaskodur.

Ölkədə ən yüksək məvacibi alanlar sırasında olan Bəhlul Mustafazadə, Mateus Silva kimi adlar uşaq səhvləri edir.

"Köhlən atlar" 3 görüşdə qapısında nə az, nə çox 7 qol görüb.

Bunun yarıdan çoxu künc zərbəsindən sonra vurulub.

Deyək ki, FCSB Rumıniya çempionudur.

Bəs "Şamaxı"dan, "Turan"dan buraxılan yüngül qollara nə söz?

Qollara ad qoymağa söz tapmıram.

Amma onu dəqiq deyə bilərəm ki, belə ucuz qolları buraxan müdafiə xətti elə ən ucuz sözlərə layiqdir.

Bəxtləri gətirib ki, Qurban Qurbanov söyüş söyən deyil. Futbolçuları təhqir etmək onun xarakterində yoxdur.

Belə yerdə olardı onun yerində Berdiyev, Qriqorçuk kimi əcnəbilər. Ağına-bozuna baxmadan dişinin dibindən çıxanı üzlərinə deyərdi.

Yəqin ki, Qurbanov da səssiz qalmayacaq. Qalmamalıdır. Onun da öz metodu var. İllərdi işə yarayan, nəticə verən metod.

Hansısa formada bu adamlar cəzalanmalı, ən sərt şəkildə tənbeh olunmalıdırlar.

Biz də deyirik ki, avrokuboklarda yaxşı oynayan komanda niyə sonda uduzur? Əksinə, belə müdafiə xətti ilə udmaq ədalətli olmazdı.

"Şamaxı" və "Turan"la oyunlar göstərdi ki, avrokuboklardakı məğlubiyyətlərin də ən dərin səbəbi məhz elə arxanın rəqiblər üçün açıq qapı olmasıdır.

Avropa səhnəsi bu mövsüm qapandı.

Amma yeni mövsüm üçün heç nə gec deyil. Əksinə, düyməni basmaq üçün əsl məqamıdır. \\Sportinfo.az

 

Seçilən
9
hurriyyet.az

1Mənbələr