AZ

Brusselin yeni planı: Təhlükəsizlik təhdidi böyüyür

"Beləliklə, gözlənilən baş verdi. Brussel Ermənistanda tarixi torpaqlarımızda xüsusi monitorinq missiyasının vaxtını daha iki il uzatdı. "

Bu sözləri News365.az-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib. O hesab edir ki, bu, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə açıq - aşkar təhdiddir və məsələ monitorinq adı altında çoxfunksional gedişlərdən gedir. Bu dəfə daha geniş formada. Əgər son iki ildə Aİ monitorinq missiyası kəşviyyatçılıqla məşqul idisə, Rusiya və İranın susqunluğundan istifadə edən Qərbdəki mərkəzlər gələcək iki ildə öz səlahiyyətlərini genişləndirməyi planlaşdırırlar.


"Diqqət! Bu dəfə söhbət, tam hüquqlu hərbi nümayəndəlikdən gedə bilər. Və daha bir məsələyə diqqət. Təkcə Azərbaycanla şərti sərhədlərdə deyil, eyni zamanda, İran və Türkiyə sərhədlərində!


Məlumata görə, avropalılar hərbi nəqliyyatdan tutmuş silahlara qədər təchiz olunacaqlar. Buraya, bu ilin yanvar ayında ABŞ - Ermənistan arasında "strateji tərəfdaşlıq" sənədində hərbi təhlükəsizliklə bağlı komponentləri və ötən ilin baharında ABŞ - Ermənistan - Aİ arasında imzalanan sənədi əlavə etsək SOS siqnalının çalınması mütləqdir! 


Afrikada uğursuzluğa duçar olan Fransa, dünyada geosiyasi mövqeyini daha da genişləndirən ABŞ bu dəfə Cənubi Qafqazda strategiya ortaya qoyaraq addım - addım məqsədlərinə çatmağı qarşılarına məqsəd qoymuşlar. 


İran və Rusiyanın məlum hadisələrlə bağlı susqunluğu, Azərbaycan və Türkiyə hərbi - təhlükəsizlik paktını ( Şuşa Bəyannaməsini belə də adlandırmaq olar) aktivləşdirə bilər. Qrenlandiyaya, Panamaya, Kanadaya iddiası olanlar, Yeni Kaledoniyada, Afrikada neokolonializm siyasətini davam etdirənlər Qərbi Zəngəzurla bağlı mövzunun Azərbaycan üçün həssas olmasını başa düşməlidirlər. Hətta, Zəngəzur olmasa belə. Torpaqları onillərdir işğal edən və ərazi iddiası olan dövlətin sərhədlərinə və ordusuna təminat vermək Azərbaycan üçün böyük çağırışdır. Əgər sabah ölkəmizə qarşı hərbi koalisiya formalaşarsa nə baş verəcək? 


Beləliklə, indi qərar vaxtıdır. Regional dövlətlər qərar vermədikləri təqdirdə mövqe nümayiş etdirmiş olacaqlar. Ermənistan baş naziri yazıq obrazında məkrli planlarını həyata keçirmək niyyətindədir. 


Lakin, baş verənlərə göz yumulması BİR HALDA MÜMKÜNDÜR. Mehri şəhəri dəhliz elan edilir və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında qovşaqda heç bir maneə olmur. Əgər N. Paşinyan 40 km - i faktiki olaraq Azərbaycanın himayəsinə verərsə ən azından 9 000 kv km ərazini qoruya bilər."

Seçilən
10
news365.az

1Mənbələr