İsrail hakimiyyəti BMT-nin Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) Qüdsdəki bütün ofislərini yaxın 48 saat ərzində bağlayacaq, təşkilatın nümayəndələri ilə əlaqəni kəsəcək və ölkə ərazisində fəaliyyətini qadağan edəcək.
Bu barədə İsrail hökumətinin rəsmi nümayəndəsi David Menser brifinqdə bildirib.
Menserin sözlərinə görə, UNRWA İsrailin milli təhlükəsizliyinə təhdid yaradır və agentliyin tərkibində HƏMAS-la əlaqəli şəxslər fəaliyyət göstərir.
(TASS)