Dairələr üzrə seçici fəallığı haqqında yeni məlumatlar Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olub.
Yenisabah.az xəbər verir ki, bunu MSK-nın İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bələdiyyə seçkisində saat 19:00-a olan aktivliyi açıqlayarkən bildirib.
O qeyd edib ki, məntəqələrin hamısı ilkin hesabatları MSK-ya təqdim edib.
İnformasiya mərkəzinin müdiri əlavə edib ki, respublika üzrə ümumilikdə 1 874 810 nəfər səs verib və orta seçici fəallığı 31.45 faiz olub.
Telegram kanalımız