Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarla görüşüb.
Referans.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov X hesabında paylaşım edib.
"Biz tərəfdaşımızla birgə təşəbbüslərimizin müsbət nəticələrindən məmnun olduğumuzu bildirdik. Həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və biznes potensialının açılması imkanlarını müzakirə etdik", - o paylaşımda qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta