AZ

AQC-də yeni təyinatlar olub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib. Toplantıda Cəmiyyətin cari il üçün büdcəsi və fəaliyyət proqramı müəyyən edilib. Eyni zamanda, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni strukturları təsis edilib və vəzifələrinə yeni təyinatlar təsdiqlənib.

Fərid Rüstəmov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin 1-ci müavini vəzifəsinə, Nail Həşimov AQC sədrinin müavini vəzifəsinə təyin edilib. Rüfət Əliyev Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra Aparatının rəhbəri vəzifəsinə, Xətai Teymurov Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra Aparatının rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin sərəncamı ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin maliyyə məsələləri üzrə sədr müavini vəzifəsi ləğv edilib. Başqa sərəncamla Maliyyə Departamenti, Strateji İnkişaf departamenti, eləcə də Bank və Sığorta Qiymətləndirməsi departamentləri yaradılıb. Strateji İnkişaf departamentinin rəhbəri vəzifəsinə Asif Yusubov, Bank və Sığorta Qiymətləndirməsi departamentinin rəhbəri vəzifəsinə Orxan Həsənov, Maliyyə Departamenti rəhbəri vəzifəsinə Namiq Məmmədov, Tədris, təhsil və sertifikatlaşdırma Departamentinin rəhbəri vəzifəsinə Nəzakət Musayeva təsdiq edilib.

Toplantıda Cəmiyyətin 2024-cü ildəki fəaliyyəti bir daha nəzərdən keçirilərək müsbət qiymətləndirilib. Beynəlxalq əlaqələrin inkişafı, təlim-tədris və sertifikatlaşma məsələləri istiqamətində atılan addımlarla bağlı müzakirələr aparılıb.


Seçilən
1
9
editor.az

10Mənbələr