AZ

Ermənilər yaxınları ilə telefon danışığı apardılar

Hazırda Bakıda məhkəmələri davam etdirilən hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin yaxınları ilə telefon danışığı aparmalarına şərait yaradılıb. 

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Qeyd edək ki, Bakı Məhkəmə Kompleksində keçirilən prosesdə onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Seçilən
5
1
yenicag.az

2Mənbələr