AZ

Stiven Cerrard Səudiyyə Ərəbistanı klubundan ayrılacaq

Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubunun baş məşqçisi Stiven Cerrard vəzifəsindən ayrılacaq.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis şəxsi işləri səbəbindən istefa verəcək.

Bir neçə müddətdən sonra tərəflər arasında müqaviləyə xitam verilməsi gözlənilir. O,2023-cü ildən "Əl-İttifaq" kollektivinə rəhbərlik edir.

Qeyd edək ki, S.Cerrard daha əvvəl "Reyncers" (Şotlandiya) və "Aston Villa" (İngiltərə) klublarını çalışdırıb.

Seçilən
2
2
report.az

6Mənbələr