14 yaşlı rusiyalı şahmatçı Davud Əhmədov sürətli şahmat üzrə onlayn turnirdə keçmiş dünya çempionu norveçli Maqnus Karlseni məğlub edərək böyük sensasiyaya imza atıb.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, Əhmədov “Title Tuesday” turnirinin ikinci turunda ağlarla oynayıb və reytinq cədvəlinin lideri üzərində qələbə qazanıb.
Əhmədovun reytinqi 2368, Karlseninki isə 2831-dir.