AZ

Gecələr hürən itinə görə qonşusunu döydü - Cəzalandırıldı


Bakıda itə görə ona irad bildirən qonşusunu döyən şəxs cəzalandırılıb.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Fərrux İsmayılov (soyad şərti) həyətində saxladığı itin səsindən narahat olduğunu deyən Orxan adlı qonşusunu döyüb.

Zərərçəkmiş şəxs hasardan qalxaraq Fərruxa gecələr həyətində saxladığı itin səsinin ona və ailəsinə narahatlıq yaratması ilə bağlı irad bildirib. Fərrux isə iradı qəbul etməyib və qonşusuna yüngül dərəcəli bədən xəsarəti yetirib.

Məhkəmənin qərarı ilə Fərrux Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinin və ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

Seçilən
1
2
bakupost.az

3Mənbələr