"Napoli" "Qalatasaray"ın futbolçu Viktor Osimheni almağı ilə bağlı təklifini rədd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi hazırda icarə əsasında çıxış edən nigeriyalı hücumçusu üçün İtaliya klubuna 65 milyon avro təklif edib. Lakin oyunçunun müqaviləsində onun 75 milyon avroya satılacağı ilə bağlı bənd var və Neapol təmsilçisi bu məbləğdən az qazanmaq istəmir.
Qeyd edək ki, bu mövsüm Viktor Osimhen 16 matça çıxaraq 13 qol vurub və 5 qolun ötürməsini edib. /qol.az