ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı Sərəncam imzalayıb.
Bu barədə “Washington Post” məlumat yayıb.
“Məsələ ilə tanış olan Konqresin köməkçisi deyib ki, bu sərəncam ABŞ-ın Ukraynaya hərbi maliyyələşdirməsini və birbaşa ikitərəfli iqtisadi yardımı dayandırır”, - nəşr yazır.
Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bunu təkzib edir. \\Demokrat.az