AZ

Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb

Slovakiyanın Xarici İşlər Nazirliyi Ukrayna səfiri Miroslav Kastranı nazirliyə çağıraraq Kiyevin ölkənin daxili işlərinə qarışmasına etirazını bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Aktuality” portalı məlumat yayıb.

 

“Bu gün Xarici İşlər Nazirliyi Ukraynanın Slovakiyadakı səfiri Miroslav Kastranı nazirliyə çağırıb”, - portal qeyd edib.

 

Xatırladaq ki, bundan öncə Slovakiyanın Baş naziri Robert Fitso Volodimir Zelenskinin respublikadakı etirazlarla bağlı bəyanatını ölkənin daxili işlərinə qeyri-adekvat müdaxilə adlandırmışdı.

Seçilən
1
3
sfera.az

4Mənbələr