AZ

“Qarabağ”ın künc zərbələrinə qarşı zəif olduğunu deyirlər” - "Olimpiakos"un baş məşqçisi

“Rəqibin künc zərbələri zamanı zəif olması ilə bağlı fikirlər var. Açığı, bu istiqamətdə işləmək üçün kifayət qədər vaxtımız olmayıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləriYunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Xose Luis Mendilibar UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"la keçirəcəkləri VIII tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

64 yaşlı mütəxəssis qol vurmaq üçün mümkün fürsətlərdən istifadə edəcəklərini bildirib:

"Qarabağ” yaxşı komandadır. Bu kollektivi zəif hesab etmirəm. Amma qalib gəlmək istəyirik. İlk "8-lik"də yer almaq bizim əldə edəcəyimiz nəticədən asılı deyil. Qələbəmizi qazanıb, digər oyunların nəticələrini gözləməliyik".

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.“Qarabağ”ın künc zərbələrinə qarşı zəif olduğunu deyirlər” - "Olimpiakos"un baş məşqçisi

“Rəqibin künc zərbələri zamanı zəif olması ilə bağlı fikirlər var. Açığı, bu istiqamətdə işləmək üçün kifayət qədər vaxtımız olmayıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləriYunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Xose Luis Mendilibar UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"la keçirəcəkləri VIII tur oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

64 yaşlı mütəxəssis qol vurmaq üçün mümkün fürsətlərdən istifadə edəcəklərini bildirib:

"Qarabağ” yaxşı komandadır. Bu kollektivi zəif hesab etmirəm. Amma qalib gəlmək istəyirik. İlk "8-lik"də yer almaq bizim əldə edəcəyimiz nəticədən asılı deyil. Qələbəmizi qazanıb, digər oyunların nəticələrini gözləməliyik".

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Müəllif: Teleqraf.com
Seçilən
1
4
teleqraf.com

10Mənbələr