Müzakirədə iştirak edən Ajans.az saytının baş redaktoru, jurnalist Tural Museyibov bildirib ki, bu gün təhsildə yaşanan əsas çətinliklər, müəllimlərin və şagirdlərin təhsil prosesində dəyərsizləşdirilməsi onlara rəhbərlik edən komandanın problemindən irəli gəlir.
“Məktəblərdə, demək olar ki, 4-cü sinfə qədər təhsil qalıb, 10-11 siniflər ümumiyyətlə dərsə getmirlər. Davamiyyət bərbad vəziyyətdədir. Nəyə görə valideyn əlavə pul verib uşağını müəllim yanına göndərməlidir. Bəs ən müasir avadanlıqlarla təchiz olunan, yeni tikilən təhsil ocaqlarına çəkilən xərclər nə üçündür? Müəllimlərin əməyi niyə dəyərsizləşdirilir? Kimdir günahkar?"
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta