"Aston Villa"nın hücumçusu Con Duran karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O "Əl Nəsr" klubunun 21 yaşlı futbolçunun bonuslar da daxil olmaqla 75 milyon avroya transferi üçün "Aston Villa" ilə razılaşdığını və eyni zamanda səudiyyəlilərin Viktor Bonifasla bağlı "Bayer"lə də danışıqlar apardığını qeyd edib.
Qış transfer pəncərəsində iki forvarddan yalnız birinin “Əl-Nəsr”ə keçəcəyi vurğulanır.
Bu mövsüm kolumbiyalının bütün yarışlarda 29 oyun keçirib və 12 qol vurub. Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 40 milyon avrodur.