Kiyev "Dinamo"sunun prezidenti İqor Surkis komandasının avrokuboklardakı ev oyunlarını Almaniyanın Hamburq şəhərində keçirilməsini səhv addım adlandırıb.
Fanat.Az xəbər verir ki, o, bu barədə "Çempion"a belə deyib:
"Açığını deyim, biz belə logistikanı seçməməliydik. Həddindən artıq irəli getdik, Polşada oynamalıydıq. Bu, bizim strateji səhvimizdir".
Klub funksioneri "Dinamo"nun gələn mövsüm Hamburqda oynamayacağını da açıqlayıb:
"Ümid edirəm ki, müharibə bitəcək və biz Ukraynada oynayacağıq, futbolumuzu gücləndirəcəyik. Mən buna həqiqətən ümid edirəm. Əks halda, logistikanı builkindən qat-qat yaxşı axtaracağıq".
"Dinamo" UEFA Avropa Liqasında son matçını sabah keçirəcək. Oyun yenə Hamburqda baş tutacaq və rəqib Latviyanın RFŞ kollektivi olacaq.
Mirağa