AZ

Trans-Əfqanıstan dəmir yolu qlobal tədarük zəncirinin bir parçası olacaq - Baxtiyor Saidov

Trans-Əfqanıstan dəmir yolu qlobal tədarük zəncirinin bir parçası olacaq.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan şirkətlərinin yeni bazarlara çıxması üçün Özbəkistanın nəqliyyat və logistik mərkəz olaraq istifadəsi strategiyası müzakirə olunub.

Nazir qeyd edib ki, tərəflər arasında Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa beynəlxalq multimodal yükdaşıma koridorunun imkanlarından geniş şəkildə faydalanaraq yükdaşımanın artırılması mövzusunda fikir mübadiləsi də aparılıb.

“Görüşdə əsas müzakirə mövzularından biri də Trans-Əfqanıstan dəmir yolunun inşası ilə bağlı perspektiv idi. Bu böyük layihənin gələcəkdə həyata keçirilməsi sadəcə Mərkəzi və Cənubi Asiyanın bir-biri ilə əlaqələnməsini təmin etməyəcək, eyni zamanda, qlobal tədarük zəncirinin bir parçası olacaq”.

Seçilən
8
2
avtosfer.az

3Mənbələr