AZ

Əhməd əş-Şaraa Suriyanın prezidenti elan edilib

Suriyanın yeni rəhbəri Əhməd əş-Şaraa keçid dövründə ölkə prezidenti vəzifəsini icra edəcək.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar Direktorluğunun (yeni hakimiyyətin rəhbər orqanı) bəyanatında qeyd olunub.

Suriyanın yeni hakimiyyət orqanları 2012-ci ildə qəbul edilmiş konstitusiyanın bütün düzəlişləri ilə birlikdə ləğv edilməsinə qərar verib.

Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd istefa verib və ölkədən qaçıb. Dekabrın 10-da İdlib vilayətində "xilas hökuməti"nə rəhbərlik edən Məhəmməd əl-Bəşir özünü 2025-ci il martın 1-dək fəaliyyət göstərəcək Suriyanın keçid kabinetinin rəhbəri elan edib.

Seçilən
3
11
hakimiyyet.az

10Mənbələr