AZ

İtaliya Ukraynaya hərbi yardımı ilin sonunadək davam etdirəcək

İtaliya hökuməti Ukraynaya hərbi yardımı cari il dekabrın 31-dək davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, Ukraynaya silah yardımının davam etdirilməsini nəzərdə tutan fərman İtaliya parlamentinin yuxarı palatası olan Senatda təsdiq olunub.

İtaliya hərbi yardım paketi çərçivəsində Ukraynaya yeni silahlar tədarük edəcək. Silahın və hərbi texnikanın siyahısı məxfi saxlanılsa da, yerli media bu texnikaların müxtəlif raketlər, döyüş sursatları, zenit-raket komplekslərindən ibarət olacağını yazıb.

Qeyd edək ki, İtaliya ilk dəfə 2022-ci ildə təsdiqlənən fərmanla Ukraynaya hərbi yardım göndərməyə başlayıb.

Seçilən
5
yeniazerbaycan.com

1Mənbələr