Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.
“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.
Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.
Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.