ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda antisemitizmlə mübarizə çərçivəsində İsrail əleyhinə keçirilən aksiyalarda iştirak edən əcnəbi tələbələrin vizasını ləğv edəcək.
Referans.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Tramp sosial şəbəkədəki paylaşımında bildirib.
"Biz yəhudilərə yönəlmiş terror təhdidləri, vandalizm və şiddət çağırışlarına qarşı sərt mübarizə aparacağıq. Etirazlara qalxan bütün əcnəbilərə səslənirəm: sizi tapacağıq və deportasiya edəcəyik. Universitetlərdə HƏMAS-ı dəstəkləyən bütün tələbələrin vizalarını ləğv edəcəm", - deyə ABŞ lideri qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta