Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyərkən hava hücumu nəticəsində Türkiyənin üç vətəndaşının öldürülməsinə görə Təl- Əvivi sərt şəkildə qınayırıq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Vətəndaşlarımızın ölümünə səbəb olan bu hücumu ən sərt şəkildə qınayırıq. Hər zaman vurğuladığımız kimi, İsrail insan həyatını heçə sayan və regionda gərginliyi artıran, təcavüzkar siyasətinə son verməlidir”, - deyə bildirilib.