AZ

Putin istənilən halda, hətta danışıqlara getsə belə...

...Donald Tramp ABŞ prezidenti kimi fəaliyyət göstərdiyi ilk həftədən başlayaraq, Rusiyaya daünvanlanan bir neçə yüksək səslə bəyanatlar verib.

İddialara görə, Ağ Ev rəhbəri bu yolla Rusiya liderı Vladimir Putinin ölkə daxilində nüfuzunu sarsıtmağa çalışır.

SİA-nın məlumatına görə, bu barədə Milli Antiböhran Qrupunun idarəedici partnyoru Taras Zaqorodnıy danışıb. ... ...Tramp bacarıqlı danışıqçıdır və başa düşür ki, kimsə ilə razılaşmaq istəyirsinizsə, onunla “rəis mənəm, sən axmaqsan” üslubunda danışmırsan, onu şantaj etmirsən... Düşünürəm ki, bu, daha çox rus elitasına bir mesajdır, yəni bu psixodan qurtul,.. danışarıq...

Bunu deyən Zaqorodnıy vurğulayır ki, Tramp Putinin tələblərinin Qərb üçün qeyri-real olduğunu başa düşür. Ona görə də ictimai məkanda Kreml rəhbərinə təzyiq göstərir. ...Tramp Zaporojyeni və ya Donetsk bölgəsini ona verə, NATO-nun Avropadakı hərbi infrastrukturunu dağıda, Rusiyaya qarşı sanksiyaları qaldıra bilərmi? Bu tamamilə cəfəngiyatdır. Ona görə də o, ictimai şəkildə elə təzyiqlər edir ki, Putin özünə gəlsin. Üstəlik, bu, Putinin ölkə daxilindəki mövqeyini sarsıdır. Orada artıq vətənpərvərlər artıq sızıldayırlar: Putin ölkəni elə vəziyyətə gətirib ki, amerikalılar onlarla ultimatum tonunda danışırlar.

Bunu deyən Zaqorodnıya görə, Putin istənilən halda, hətta danışıqlara getsə belə, ictimaiyyət qarşısında alçaldılacaq. ...Və bu, ilk növbədə, Putinin gücünü sarsıdır. Trampın onunla belə danışmağa başlaması əslində çox yaxşı haldır...

Bu da Zaqorodnının ehtimalıdır.

Əli Babayev

Seçilən
8
sia.az

1Mənbələr