"Qarabağ" sabah Avropa Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində "Olimpiakos"un qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Çox ciddi rəqibə qarşı oynayacağıq. Şübhə etmirəm ki, "Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdı. Çünki ötən mövsüm Konfrans Liqasında bunu bacarıblar. Bu il də istəkləri, hədəfləri, arzuları çox böyükdü. Sürət və dinamika görə biləcəyimiz rəqibə qarşı oynayacağıq. Çalışacağıq ki, ən azı sona qədər mübarizə aparaq və çox yaxşı oyun göstərməklə yaxşı nəticə əldə edək.
- 16 ildi ki, "Qarabağ"da çalışırsız. Bu müddət ərzində belə komanda yaratmaq üçün gücü hardan alırsız?
- Əlbəttə, asan deyil. Çünki futbol kollektiv oyundu. İşin gedişində daim dəyişikliklər olmalıdı. Yeni simalar görürsən, futbolçular seçirsən. Bəxtim onda gətirib ki, çox yaxşı əllərdəyəm. Yaxşı rəhbərimiz, idarəçilərimiz var. Komanda formalaşdıranda həmişə yanımda olublar. Uğurlu nəticə əldə etmək üçün maksimum çalışıblar ki, öz bacarıqlarını, güclərini bizə versinlər. Mütləq daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq. Əziyyət çəkirsənsə, Allah mütləq bunun qarşılığını verir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta