AZ

MCP bələdiyyə seçkisi ilə bağlı bəyanat yaydı

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirildi.

Milli Cəbhə Partiyası bütün seçkilərdə olduğu kimi bu seçkidə də fəal iştirak etdi.

Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 23-ünün namizədlərinin mübarizə apardığı seçki kifayət qədər rəqabətli keçdi.

Seçkinin elan olduğu ilk gündən aktivliyi ilə seçilən partiyamızın namizədlərinə seçki prosesinin təşkili ilə bağlı qanunvericiliyə uyğun gərəkli bütün şərait yaradıldı.

Namizədlərimiz qeydə alınma prosesində heç bir süni maneə ilə qarşılaşmadılar. Eləcə də qeydə alnmadan sonrakı proseslərdə, təbliğat-təşviqat kampaniyasının aparılmasında, görüşlərin keçirilməsində namizədlərimizə heç bir əngəl törədilmədi.

Milli Cəbhə Partiyasının 651 müşahidəçisinin seçkiləri canlı izlədiyi seçki məntəqələrində seçicilərə qanunvericiliyə uyğun, rahat, gizli səs vermələri üçün bütün imkanlar yaradılıb.

Seçici aktivliyi də onu göstərdi ki, MSK vətəndaşların seçkilərdə fəal iştirakı üçün cidsi təşviqat işləri aparıb.

Milli Cəbhə Partiyası bütün bunları nəzərə alaraq bəyan edir ki, Azərbaycanda bələdiyyə seçkiləri təhlükəsiz, demokratik və azad rəqabət mühitində keçirilib.

"Cebheinfo.az" 

 

Seçilən
8
4
cebheinfo.az

3Mənbələr