Salyan rayonunun Seyidlər kəndində baş vermiş ağır yol qəzası nəticəsində 4nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşıb.
Həlak olanlardan 2-si azyaşlıdır, onlardan ikisi bir ailənin üzvüdür.
Həlak olanların kimliyi müəyyən edilib. Bunlar 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onların azyaşlı övladları İ.R. və İ.H.-dir.
Əraziyə təcili yardım briqadası, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Aqil Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta