AZ

FED uçot dərəcəsini 4,25-4,5% səviyyəsində saxlayıb

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb

“Report” xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilib.

“Məqsədlərinə dəstək olaraq, Federal Açıq Bazar Komitəsi federal fondların dərəcəsi üçün hədəf diapazonunu 4,25% - 4,5% səviyyəsində saxlamağa qərar verib.

Federal fondların dərəcəsi üçün hədəf diapazonuna əlavə düzəlişlərin ölçüsünü və vaxtını nəzərə alaraq, komitə daxil olan məlumatları, dəyişən perspektivlər və risklər balansı diqqətlə qiymətləndirəcəkdir”,- deyə məlumatda qeyd edilib.

Seçilən
3
5
far.az

10Mənbələr