AZ

Azərbaycan millisinin hücumçusu onları qane etmir

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” transfer çalışmalarına başlayıb.

Sportinfo.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, I Liqa təmsilçisi qış transfer dönəmində iki mövqeni gücləndirmək niyyətindədir.

Paytaxt təmsilçisi mərkəz müdafiəçilərinin və hücumçularının çıxışından məmnun deyil.

Məşqçilər korpusu, xüsusən də, mərkəz hücumçuları Renat Dadaşov və Riad Bajiçin performansından narazıdır. Bu səbəbdən həmin mövqenin gücləndirilməsi paytaxt klubu üçün prioritetdir.

I Liqanın 21-ci turunda evdə “Ərzurumspor”a 1:2 hesabı ilə məğlub olan “Ankaragücü” hazırda 30 xalla 9-cu pillədə qərarlaşır.

Seçilən
2
34
sportinfo.az

10Mənbələr