Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin son oyunları baş tutub.
Sportinfo.az xəbər verir ki, günün ilk oyununda "Gəncə" yerli publika önündə 81-62 hesabı ilə "Ordu" üzərində qələbə qazanıb və 1/4 finalda "Sərhədçi"nin rəqibi olub.
Kubokun son 1/8 final oyunu isə Sumqayıt Olimpiya İdman Kompleksində "Sumqayıt" və "Neftçi" arasında keçirilib.
"Neftçi" 103-90 hesablı qələbə qazanıb və 1/4 finalda "Sabah"a rəqib olub.
1/4 finalın bütün görüşləri mart ayında Bakı şəhərində oynanılacaq.