AZ

Adı “qara siyahı”ya düşənlərin NƏZƏRİNƏ – Bu yolla kredit götürə BİLƏRSİNİZ

Məlum olduğu kimi bir çox vətəndaşlar banklardan kredit götürə bilmir. Səbəbsə çox sadədir. Beləki, 2016-cı ildəki devalvasiyadan sonra bank və bank olmayan kredit təşkilatları ilə vətəndaşlar arasında ciddi problem yaşandı. Əhalinin böyük hissəsi götürdükləri kreditlərivaxtında ödəyə bilmədi. Nəticədə, vətəndaşların xeyli hissəsi bankların “qara siyahı”sına düşdü. Bu gün adı “qara siyahı”ya düşən həmin vətəndaşlar kredit götürə bilmir. Bəs, adı “qara siyahı”ya düşən şəxslər hansı halda yenidən kredit götürə bilər?Suala iqtisadçı ekspert  Əkrəm Həsənov aydınlıq gətirib. O Bizim.Media-ya açıqlamasında bildirib ki, el arasında “qara siyahı” deyilən məfhum vətəndaşların Kredit Bürosundakı kredit tarixçəsidir: “Bildiyimiz kimi, banklardan və bank olmayan kredit təşkilatlarından kredit götürmüş hər bir vətəndaşın kredit tarixçəsi var. Ona görə də bu tarixçəni dəyişmək olmaz. Yəni vətəndaş kreditin geri ödənilməsində gecikməyə yol veribsə, bu onun kredit tarixçəsində hər zaman qalacaq. Axı, vətəndaşın gecikdirmə faktını necə gizlətmək olar ki?! Bu məsələdə gecikmənin hansı səbəbdən baş verməsinin heç bir əhəmiyyəti yoxdur”.Girov qoyularsa...Müsahibimiz onu da əlavə edib ki, əslində banka və yaxud bank olmayan kredit təşkilatına qadağan edilmir ki, gecikməsi olmuş vətəndaşa kredit verilməsin:“Kredit verilə bilər. Bunda heç bir məhdudiyyət yoxdur. Sadəcə, bank və bank olmayan kredit təşkilatı ehtiyatlanır ki, bu vətəndaşın gecikməsi olub və bu hal yenə təkrarlana bilər. Belə vəziyyətdə vətəndaşın yeganə çıxış yolu az məbləğdə kredit götürməsidir. Bu kreditə görə banka yüksək əməkhaqqı olan zaminlər aparmalıdır. Ya da ki, əmlakını girov qoymalıdır. Məsələn, 20 min manatlıq avtomobilini girov qoyan vətəndaşa bank məmnuniyyətlə 2 min manat kredit verəcək.Bu vəziyyətdə bank heç baxmayacaq ki, keçmişdə nə olub. Vətəndaş yeni götürdüyü krediti vaxtlı-vaxtında ödəsə tədricən bank qarşısında etimad qazanacaq. Növbəti dəfə vətəndaş daha çox kredit götürə biləcək. Beləcə, bankın vətəndaşa inamı bərpa olunacaq və kreditdəki əvvəlki xoşagəlməz tarixcə arxa plana keçəcək.”

Seçilən
4
2
bakuinfo.net

10Mənbələr