Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev İrəvana səfər edəcək.
Parol.az xəbər verir ki, səfərin yanvarın 23-də nəzərdə tutulduğu bildirilir.
APA-nın xəbərinə görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, səfər çərçivəsində onun həmkarı Ararat Mirzoyanla görüşü və nazirlərin mətbuat üçün birgə bəyanatı nəzərdə tutulub.