Bakı. Trend:
Fransada A kateqoriyalı inzibati sahədə işsizlərin sayı kəskinartıb.
Trend xəbər verir ki, bubarədə Fransa Əmək Nazirliyi nəzdində olan tədqiqat, araşdırma vəstatistika (“Dares”) idarəsi məlumat yayıb.
“Dares”in rəqəmlərinə görə, Fransada 4-cü rübdə A kateqoriyalıişsizlərin sayı 3,9 faiz artıb. Əmək Nazirliyinin rəqəmlərinə görə,bu, Fransada (Mayotta istisna olmaqla) son on ildə işsizlik üzrə ənböyük artımdır.
İşə qəbulun azalması və biznes iflaslarının artması fonunda 25yaşadək gənclər arasında bu artım Fransa paytaxtında rüb ərzində8,5 faizə çatıb. Beləliklə, A kateqoriyalı işsizlərin sayı (hərhansı fəaliyyəti olmayan) 4-cü rübdə 3,138 milyon nəfərə çatıb,yəni bir rüb ərzində daha 117 min işsiz artıb.
İl ərzində isə iş axtaranların sayı 3,5 faiz artıb. Məhdudfəaliyyət göstərənlər (A, B və C kateqoriyaları) daxil olmaqla, işaxtaranların sayı rüb ərzində 1,7 faiz artaraq 5,495 milyona çatıb,bir il ərzində isə 1,8 faiz artıb. Bu rəqəmlər Mayott daxilolmamaqla hesablanıb.
İqtisadçılar bu rəqəmlərin sosial planların göstəricilərinəuyğun olduğunu bildiriblər.