AZ

İsveç və Kolumbiya arasında kokain qaçaqmalçılığına qarşı mübarizə haqqında saziş imzalanıb

Bakı. Trend:

İsveç və Kolumbiya arasında mütəşəkkil cinayətkarlıq və kokainqaçaqmalçılığı ilə mübarizə sahəsində əməkdaşlıq haqqında sazişimzalanıb.

Trend xəbər verir ki, “Polissazişi” adı ilə tanınan sənəd İsveç xarici işlər naziri MariyaMalmer Stenerqard, Kolumbiyanın ədliyyə naziri Anxela MariyaBuitraqo və Latın Amerikası ölkəsinin müdafiə naziri İvan Velaskestərəfindən imzalanıb.

Saziş transsərhəd cinayətkarlıq, terrorizm vəkibercinayətkarlıqla mübarizədə ölkələr arasında informasiya vətəcrübə mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.

İsveç ədliyyə naziri Qunnar Strömmer qeyd edib ki, narkotikvasitələrin ticarəti, xüsusən kokain qaçaqmalçılığı mütəşəkkilcinayətkarlığı maliyyələşdirir. Bu isə ölkə vətəndaşlarının vədemokratik institutların təhlükəsizliyinə zərbə vurur. Onunsözlərinə görə, bu problemlərin həllində beynəlxalq əməkdaşlıqaparıcı rol oynayır.

Kolumbiya dünyada kokain istehsalı üzrə ilk yerləri tutur, lakinnəzarətin gücləndirilməsi səbəbindən narkotik vasitələrin böyükhissəsi Ekvador və Venesuela kimi qonşu ölkələr vasitəsilə ixracedilir.

ABŞ Venesuela Prezidenti Nikolas Maduronu qaçaqmalçılığa dəstəkolmaqda ittiham edir və onun həbsinə yardım edəcək məlumat üçün 22milyon dollardan çox mükafat təyin edib.

Seçilən
15
az.trend.az

1Mənbələr