AZ

İsrail 110 fələstinli məhbusu azad EDƏCƏK

İsrail yanvarın 30-da “HƏMAS” ilə razılaşma çərçivəsində həbsxanalarda cəza çəkən 110 fələstinli məhbusu azad edəcək.

BEY.AZ-ın məlumatına görə, bu barədə Fələstin Əsirlərin İşləri üzrə İnformasiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, azad edilənlərin 30-u azyaşlı, 32-si ömürlük həbsə məhkum edilmiş və 48-i isə uzun müddət cəza çəkəndir.

Bundan əvvəl “HƏMAS” yanvarın 30-da Qəzza zolağında girov saxlanılan İsrail vətəndaşı Arbel Yehudu, İsrail Müdafiə Qüvvələrinin əsgəri Agam Berger və 80 yaşlı israilli Qadi Mozesi azad edəcəyini açıqlamışdı.

Seçilən
3
13
Bey.az

10Mənbələr