AZ

Tramp qanunsuz miqrantlar üçün “Quantanamo” həbsxanasında 30 min nəfərlik mərkəz yaradır

Vaşinqton, 30 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp “Quantanamo” həbsxanasında cinayətkar qeyri-qanuni immiqrantlar üçün saxlanma mərkəzi yaradacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, Pentaqon və Daxili Təhlükəsizlik Departamentinə miqrantların yerləşdirilməsi üçün “Quantanamo”da 30 min nəfərlik müəssisənin hazırlanmasına başlamaq barədə sərəncam imzalayacağını bildirib.

Trampın sözlərinə görə, bu mərkəz ABŞ üçün ən təhlükəli hesab edilən qeyri-qanuni miqrantları saxlayacaq və oraya yerləşdirilmələri onların geri qayıtmayacaqlarını təmin edəcək.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
7
2
azertag.az

10Mənbələr