AZ

ABŞ-də 64 nəfəri daşıyan sərnişin təyyarəsi helikopter ilə toqquşub - VİDEO

ABŞ paytaxtı Vaşinqtonda sərnişin təyyarəsi eniş edərkən ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri ilə toqquşub.

Marja.az xəbər verir ki, sərnişin təyyarəsi çaya düşüb. Hazırda xilasetmə işləri aparılır.

"American Airlines" şirkəti bildirir ki, təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub

Helikopterdə isə 3 nəfərlik ekipajı olub.

Federal Aviasiya Administrasiyası və müdafiə rəsmilərinin bildirdiyinə görə, 64 nəfəri daşıyan sərnişin təyyarəsi, Vaşinqtonda, Reyqan Milli Hava Limanı yaxınlığında, uçuş-enmə zolağına yaxınlaşarkən ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri ilə toqquşub.

Sərnişin təyyarəsi və vertolyotun toqquşduğu Potomak çayında xilasetmə işləri davam edir. Hazırda itki barədə təsdiqlənmiş məlumat yoxdur.

Göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan "American Airlines" 5342 nömrəli təyyarə, aviaşirkətin məlumatına görə, Kanzas ştatının Viçita şəhərindən yola düşmüşdü. 

Reyqan Milli Hava Limanında bütün uçuşlar və enişlər dayandırılıb.

Seçilən
4
2
marja.az

10Mənbələr