Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin ağır xroniki psixi pozğuntusu olan uşaq müalicə mərkəzlərinin əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.
Bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.
Tenderin ümumi dəyəri 156 000 AZN olub.
Cabir Həsənov
Tarix: 30 Yanvar 2025, 08:13