AZ

Böyük şəhərlər niyə yandırıldı? – VİDEO

Eramızın 64-cü ilində böyük və əzəmətli şəhər Roma yandırılır.

Yanğın bütün şəhəri bürüyür və 7 gün davam edir. Deyilənlərə görə, şəhəri yandırmaq əmrini möhtəşəm bir tamaşadan həzz almaq arzusunda olan imperator Neron özü verib.

Bu, tarixdə, bəlkə də, miqyasına görə yeganə böyük yanğın hadisəsidir ki, ağıldankəm imperatorun arzusu ilə baş verib. Qalan bütün faciəvi yanğınlar təsadüfən, kiminsə odla ehtiyatsız davranışı nəticəsində ortaya çıxıb. Bura 1666-cı ildə baş vermiş böyük London yanğınını da aid etmək olar.

Sentyabrın 2-də gecə Londonda başlayan yanğın dörd gün davam edib. Hər şey Tomas Ferrinorun “Pudding Lane”dəki çörək sexində başlayıb. Yanğın 13 500 evi, 87 kilsəni və əksər yerli hökumət binalarını məhv edib. Hadisə nəticəsində 200 mindən çox insan evsiz qalıb. 1812-ci ildə fransızlar tərəfindən işğal olunan Moskvada başlayan yanğın güclü külək sayəsində sürətlə hər tərəfə yayılıb.

Deyilənlərə görə, şəhəri əhali qəsdən yandırıb ki, Napoleon Bonapart və ordusuna qismət olmasın. Müharibədən çıxan 2 000-ə yaxın yaralı rus əsgəri yanğında həlak olub. Moskvanın bu faciədən sonrakı bərpası isə 20 il çəkib. Elmi-texniki tərəqqiyə baxmayaraq, yanğınlar müasir dövrdə də baş verir. Yenə də bu yanğınlarda insanlar həlak olur, xəsarət alırlar. 2017-ci il iyunun 14-də gecə saatlarında Londonun Şimali Kensinqton bölgəsindəki 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında baş verən yanğın da müasir dövrün ən dəhşətli faciələrindəndir. Yanğının söndürülməsinə 10 saata yaxın vaxt sərf olunub.

Bu hadisədə 79 nəfər dünyasını dəyişib. 2025-ci il yanvarın 21-də Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə başlayan yanğın tez bir zamanda bütün binaya yayılaraq faciəyə səbəb olub. Hadisə zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Yanğın nəticəsində 78 nəfər dünyasını dəyişib, 52 nəfər yaralanıb.

Ətraflı Baku TV-nin araşdırma materialında:

Seçilən
7
4
medianews.az

10Mənbələr