"Trampın federal yardım və qrantları dayandıran qərarı məhkəmə tərəfindən ləğv edilib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözlər Ağ Evin İdarəetmə və Büdcə Ofisinin bəyanatında yer alıb.
Bildirilib ki, Donald Tramp administrasiyasının iki gün əvvəl elan etdiyi "federal yardım və qrantları" məqbul sayılmayıb: "Bu səbəbdən qərar ləğv olunub".
Ağ Evin sözçüsü Karoline Leavitt də məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, administrasiyanın federal fondların dayandırılması qərarı məhkəmə tərəfindən bloklanıb: "Bu qərar hazırda diqqətlə nəzərdən keçirilir".
Lamiyə ƏHMƏDLİ
MİA.AZ