AZ

QHT “Regionlarda vətən müharibəsindən zərər görmüş şəxslərə dəstək” adlı layihəsini uğurla icra edir

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi “Regionlarda vətən müharibəsindən zərər görmüş şəxslərə dəstək” adlı layihəsini uğurla icra edir.

QHT.az xəbər verir ki, “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyi tərəfindən son illər davamlı olaraq həyata keçirilən “Regionlarda vətən müharibəsindən zərər görmüş şəxslərə dəstək” adlı layihə bu ildə uğurla həyata keçirilir.  

Layihənin əsas məqsədi Gəncə şəhərində və ətraf rayonlarda (Tovuz, Şəmkir, Samux, Göygöl, Goranboy) müharibədən əziyyət çəkmiş şəxslərə (ailələrə) sosial- hüquqi yardım və peşə təhsili xidmətləri göstərməklə onlara kompleks şəkildə sosial inteqrasiya dəstəyi mexanizmlərini formalaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində 22-27 yanvar 2025-ci il tarixində Naftalan şəhərində Gashaltı sanatoriyasında şəhid ailə üzvləri, müharibə əlilləri, müharibədən zərər görmüş şəxslər və müharibə veteranlarından ibarət 30 nəfər üçün motivasiya düşərgəsi təşkil edilib.

Düşərgədə benefisiarlara 3 dəfə qidalanma, fizioterapiya və müxtəlif tibbi xidmətlər, eləcə də sosial-psixoloji xidmətlər təşkil olunmuşdur. Həmçinin onların asudə vaxtının səmərəli təşkili üçün SHAİB-nin təlimçiləri tərəfindən “Effektiv ünsiyyət”, “Bədən dili”, “Yanma sindromundan necə çıxmaq olar?”, “Sosial sahibkarlıq – ideyadan biznesə”, “Özünü proqramlaşdırma”, “İcmada liderlik” və s.  müxtəlif mövzularda əyləncəli və interaktiv metodlarla təlimlər keçirilib. Eyni zamanada SHAİB-nin sədri, layihənin koordinatoru Mayis Əliyevin iştirakı ilə benefisiarlarla birlikdə Naftalan şəhidlər xiyabanı ziyarət edilmiş və vətən müharibəsində şəhid olmuş qəhrəmanlarına ehtiram ifadə olunub..

Seçilən
6
50
qht.az

10Mənbələr