AZ

Holokost zamanı 55 mindən çox yəhudi Azərbaycana sığınıb - Keçmiş baş ravvin

“Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb”.

“Report” xəbər verir ki, bunu İsrailin keçmiş baş Aşkenazi ravvini İsrail Meir Lau deyib.

Din xadimi Strasburqda Avropa Şurası Parlament Assambleyasında Osvensim düşərgəsinin azad edilməsi ilə bağlı Beynəlxalq Holokost qurbanlarının anım günü ilə bağlı keçirilən mərasimə fəxri qonaq kimi dəvət olunub.

İsrael Lau çıxışında Osvensimdə sağ qalma hekayəsini danışaraq, yeddi yaşında hər iki valideynini itirdiyini qeyd edib:

“Bu gün mən İsrailin köhnə dostu olan bir ölkəni qeyd etmək istəyirəm: Bu, yəhudi xalqı və İsraillə sıx əlaqələr saxlayan, əksəriyyəti müsəlman olan Azərbaycandır. Azərbaycan bu gün İsraillə şərə qarşı mübarizədə çiyin-çiyinə dayanıb”.

O vurğulayıb ki, Azərbaycan xalqı min illik tarixi boyu öz torpağında yaşayan yəhudilərə qarşı zorakılıq nümayiş etdirməyib.

“Üstəlik, Holokost zamanı 55 mindən çox yəhudi qırğından qaçaraq Azərbaycana sığınıb, oktyabrın 7-də baş vermiş faciədən (radikal HƏMAS hərəkatının hücumu - Qeyd) sonra isə yüzlərlə Azərbaycan vətəndaşı İsrail səfirliyini ziyarət edərək gül buketləri və başsağlığı məktubu gətiriblər. Yaradan bizə pis əməlləri xatırlamağı əmr edir. Amma biz İsrail xalqına qarşı qəlblərində sevgi və qardaşlıq atəşi alovlananları da xatırlamalı və onlara təşəkkür etməliyik”.

Seçilən
6
qaziler.az

1Mənbələr