AZ

Kasıbların cibi və metroda gediş haqqının maya dəyərini şişirdənlər...

Hesablama Palatasının “Bakı Metropoliteni QSC”də keçirdiyi auditdən sonra metroda gediş haqqının maya dəyərinin şişirdilməsi barədə məlumat yayıb...

Sosioloq: “Bu kimi hallar bu təkcə vətəndaşların, əhalinin aldadılması deyil, həm də dövlətin aldadılmasıdır. Bu dövlət büdcəsinin xərclərinin şişirdilməsi, dövləti ziyana salmaq, talamaqdıdr”.

“Bu məsul vəzifəli şəxslərin hərəkətləri cinayət xarakterlidir və düşünürəm ki, istənilən halda və istənilən zamanda bu məsul vəzifəli şəxslərə qarşı cinayət işinin açılması mümkündür”.

Bu sözləri sosioloq Elçin Bayramlı Hesablama Palatasının “Bakı Metropoliteni QSC”də keçirdiyi auditi Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının “Bakı Metropoliteni QSC”də keçirdiyi auditdən sonra metroda gediş haqqının maya dəyərinin şişirdilməsi barədə məlumat yayıb. Hesab etmək olar ki, maya dəyərinin şişirdilməsi digər ictimai nəqliyyatlarda da keçərlidir.

Bəzi məmurların kasıb insanların cibinə girərək öz büdcələrini doldurmaq cəhdlərini necə dəyərləndirmək olar və Metropoliten rəhbərliyi də daxil olmaqla belə məmurların cəzalandırılacağına ümid etmək olar?

Mövzunu Poliqon-un əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Arzu edərdik ki, şikayət olan yerlərdə araşdırma aparsınlar və vəziyyəti ortaya qoysunlar”.

Palatanın nöqsanları ortaya çıxardığını vurğulayan sosioloq Poliqon-a açıqlaasında buna səbəb olanların cəzalandırılmasının gələcək üçün yaxşı effekt yarada biləcəyini bildirib:

“Çox uzun illərdir ki, jurnalistlər, sosioloqlar, ekspertlər tərəfindən həmişə bu məqamlar qeyd olunur, vurğulanır. Belə ki, bur çox təşkilatlarda, orqanlarda əhaliyə göstərilən xidmətin rəsmi maya dəyəri qəsdən şişirdilmiş olur. Burada müxtəlif yeyinti faktlarını ört-basdır etmək üçün və yaxud bir çox sərf olunan məhsulların qiymətini baha göstərmək üçün müxtəlif üsullarla maya dərinin yüksək olduğunu əsaslandırmağa çalışırlar. Tarif Şurasına da müraciət edirlər ki, qiymətləri qaldırsınlar. Bu kommunal xidmətlərinə, ictiçai nəqliyyat sistemlərinə də aiddir.

Bir çox hallarda Hesablama Palatasının araşdırmalar aparır və bu kimi halalrı üzə çıxarır. Amma bir çox belə halların ortaya çıxarılmasına Heablama Palatası belə imkan çatdıra bilmirlər.

Bu kimi hallar bu təkcə vətəndaşların, əhalinin aldadılması deyil, həm də dövlətin aldadılmasıdır. Bu dövlət büdcəsinin xərclərinin şişirdilməsi, dövləti ziyana salmaq, talamaqdıdr. Son nəticədə də, bu bəzi şəxslər tərəfindən həm ölkədə bahalaşmaya, həm də dövlət vəsaitlərinin mənimsənilməsinə səbəb olur. Buna görə də bu məsul vəzifəli şəxslərin hərəkətləri cinayət xarakterlidir və düşünürəm ki, istənilən halda və istənilən zamanda bu məsul vəzifəli şəxslərə qarşı cinayət işinin açılması mümkündür. Bu baxımdan, yaxşı olardı ki, belə orqanlarda da əsaslı yoxlamalar aparılsın.

Elçin Bayramlı: “Yaxşı olardı ki, Hesablama Palatası ekspertlərlə birlikdə araşdırma aparsın ki, hansı qurumda maya dəyəri nə qədərdir. Beləliklə, dövlət büdcəsinin talanmasına da son qoyula bilər. Eyni zamanda süni bahalaşmaya da son qoyular”.

Məsələn, “Azərsu”da 30-35 faiz su itkiləri göstərilib. Bunun təxminən yarısı təbii itkiləridir, yarısı isə mənimsənilmədir. Sadəcə məmurlar həmin suyu müxtəlif yerlərdə imkanlı şəxslərə ötürür və bunu itki kimi qələmə verirlər. Nəticədə də, dövlətə çatası olan vəsait çatmır, kimlərinsə cibinə vəsait gedir. Beləliklə də, dövlət də, xalq da zərər düşür.

Burada üç tərəf var. Birinci, tərəfdə dövlət, ikinci tərəfdə xalq, üçüncü tərəfdə isə bəzi yerlərdə olan rüşvətxor məmurlardır.

Burada da dövlət, xalq uduzur, rüşvətxor məmurlar da varlanır. Bu nöqsanları da ortaya çıxaran yeganə qurum Hesablama Palatasıdır. Yaxşı olardı ki, Hesablama Palatası ekspertlərlə birlikdə araşdırma aparsın ki, hansı qurumda maya dəyəri nə qədərdir. Beləliklə, dövlət büdcəsinin talanmasına da son qoyula bilər. Eyni zamanda süni bahalaşmaya da son qoyular.

Bu baxımdan, mən Hesablama Palatasını həmişə dəstəkləyirəm. Onlar bu yaxınlarda Qida Təhlükəsizlik Agentliyində də nöqsanlar tapdı. Artıq burada ciddi tədbirlər görülməlidir. Palata nöqsanları ortaya çıxarır. Yaxşı olardı ki, buna səbəb olanlar cəzalandırılsın. Əgər ciddi cəza olsa, digər məmurlar, orqanlar da çəkinərlər.

Arzu edərdik ki, şikayət olan yerlərdə araşdırma aparsınlar və vəziyyəti ortaya qoysunlar. Əgər belə olsa, ölkədə bir çox suni bahalaşmış malların qiymətləri aşağı düşər, dövlət büdcəsinin xərcləri azalar, büdcəyə əlavə vəsaitlər daxil olar. Kimlərinsə mənimsədiyi vəsaitlər xalqa, dövlətə qayıda bilər. Bu məsələnin yeganə həll yolunu bunda görürəm. Hesablama Palatası mütləq müxtəlif yerlərdə əsaslı, köklü yoxlamalar aparmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
4
50
poliqon.info

10Mənbələr