Bakı, TurkicWorld
Türkiyədə PKK/KCK terror örgütünün 16 şəhərdə gizlətdiyi silah və partlayıcı maddələrin məhv edilməsi məqsədilə həyata keçirilən “Gürz-43” əməliyyatları çərçivəsində 12 mağara, sığınacaq və anbar məhv edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bildirib .
Jandarma Baş Komandanlığının Terrorla Mübarizə və Kəşfiyyat idarələrinin koordinasiyası ilə gerçəkləşdirilən əməliyyatlarda Jandarma Xüsusi Əməliyyatlar (JÖH), Jandarma Komandoları və Təhlükəsizlik Mühafizələri, eləcə də Jandarma SİHA və ATAK helikopterləri iştirak edib.
Əməliyyatlarda 5 kq partlayıcı maddə, 1 Dragunov snayper tüfəngi, 24 əl qumbarası, 4 Kalaşnikov piyada tüfəngi, 2 RPG-7 reaktiv yaylım atəşi sistemi, 1 M16 piyada tüfəngi, 1 qumbaraatan, 86 reaktiv yaylım atəşi sursatı, 8 PUA, 5 min ədəd durbin və çox sayda müxtəlif ölçüdə sursat və partlayıcı maddə ələ keçirilib.
16 İlde PKK/KCK mensubu teröristlerin sakladıkları çeşitli silah ve patlayıcıların yok edilmesine yönelik düzenlenen “GÜRZ-43” operasyonlarında; 12 mağara, sığınak ve barınma alanı imha edildi.
— Ali Yerlikaya (@AliYerlikaya) January 30, 2025
Operasyonlarda;
5 Kg Patlayıcı Madde,
1 adet Dragunov Keskin Nişancı… pic.twitter.com/tFPPyJ0xh4