AZ

HƏMAS Ərdoğanla nələri müzakirə etdi?

Xəbər verdiyimiz kimi, HƏMAS siyasi rəhbərliyinin üzvləri Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS Teleqram kanalında bəyanat yayıb.

“HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin başçılıq etdiyi nümayəndə heyəti çərşənbə günü Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Tərəflər Misir və Qətərin vasitəçiliyi ilə imzalanmış Qəzzada atəşkəs və girovların fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılaşmanın icrasını müzakirə ediblər”, - məlumatda deyilir.

HƏMAS iddia edir ki, görüş zamanı Ərdoğan Ankaranın Fələstinin hüquqlarını bütün səviyyələrdə müdafiə etməyə davam edəcəyinə söz verib.

Seçilən
2
24
axar.az

10Mənbələr