Dünyanın ən varlı adamlarının sərvəti son sutkada on milyardlarla dollar azalıb. Bu barədə “Forbes” jurnalı məlumat yayıb. Bildirilir ki, ən böyük itkiləri 9,3 milyard dollar dəyərində LVMH şirkətlər qrupunun sahibi Bernard Arno, 6,3 milyard dollar dəyərində “Nvidia” şirkətinin baş direktoru Censen Huan və 3,8 milyard dollar dəyərində ABŞ-ın yeni Hökumətin Effektivliyi Departamentinin rəhbəri, “Tesla” və “SpaceX”in sahibi Elon Mask olub. İlk beşliyə 2,3 milyard dollar itki ilə “Oracle” şirkətinin sahibi Larri Ellison və 2,2 milyard dollar itki ilə “L'Oreal” şirkətinin sahibi Fransua Betankur Meyer daxildir.
Mətləb