AZ

"Qarabağ" Avropa Liqasında sonuncu oyununa çıxır

Bu gecə "Qarabağ" UEFA Avropa Liqasında cari mövsümdə son oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, Azərbaycan təmsilçlsi Yunanıstanda yerli "Olimpiakos" klubu ilə üz-üzə gələcək.

 

Oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Qarşılaşmanı FİFA referisi Radu Petreskunun rəhbərliyi altında Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

 

Növbəti mərhələ şansını itirən "köhlən atlar" 3 xalla 34-cü pillədə qərarlaşıb. Pley-offa vəsiqəni təmin edən meydan sahibləri isə 12 xalla 12-ci sıradadırlar. Pirey klubu qələbə qazanacağı təqdirdə, birbaşa 1/8 finala yüksələ bilər.

Seçilən
5
43
senzor.az

10Mənbələr