Özbəkistan Türkiyədən ANKA SİHA hərbi pilotsuz uçuş aparatları (PUA) alacaq.
Türkiyə mətbuatı xəbər verir ki, tədarüklər yaxın günlərdə başlamalıdır.
ANKA sabit qanadlı PUA-lar Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal olunur və 30 saata qədər uçuş müddəti təmin edən və 350 kq-a qədər döyüş yükü daşıya bilən dizel mühərriki ilə təchiz edilib. Bu dronlar Türkiyədən başqa, altı ölkədə – Əlcəzair, Qazaxıstan, Tunis, Malayziya, İndoneziya və Çadda da istifadə olunur.
İHA-ların ixrac dəyəri təqribən 25 milyon dollardır ki, bura sursat dəstləri, pilotsuz uçan aparatların idarə olunması stansiyaları və hərbi operatorların onlardan səmərəli istifadə etməsi üçün təlim daxildir.
//Samir Qurbanov, Editor.az