Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyevayanvarın 30-da Şimali Kipr Türk RespublikasınınLefkoşa şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək "Rauf RaifDenktaş vəDr. Fazıl Kiçik II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu"ndaiştirak edəcək. Türkdilli dövlətlərdən olan elm adamlarının iştirak edəcəyi tədbirdə müxtəlif sahələrdə araşdırmalara dair müzakirələr aparılacaq.
Səfər fevralın 2-də başa çatacaq.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31